Bakı. Ləman Zeynalova - Trend:
Rusiyanın “LUKOYL” şirkəti Azərbaycanda iki layihədə maraqlıdır.
Trend-in məlumatına görə, bunu şirkətin rəhbəri Vahid Ələkbərov deyib.
O bildirib ki, hazırda danışıqlar prosesi gedir:
“Ümid edirik ki, danışıqları 2020-ci ilin birinci rüvündə başa çatdıracağıq. Bizi iki layihə maraqlandırır, amma müqavilələr hələlik imzalanmayıb. Biz ilk layihələrimizi məhz Qazaxıstan və Azərbaycanda reallaşdırmışıq və bu ölkələri yaxşı tanıyırıq. Bu gün biz bəlkə də yeganə şirkətik ki, Xəzər hövzəsinin geologiyası və karbohidrogen ehtiyatlarının formalaşmasını tədqiq etmişik. Bu, bizə daha səmərəli yataqlara diqqət ayırmağımıza imkan yaradıb”.