...

SOCAR və BMT İnkişaf Proqramının birgə layihəsinin icra müddəti uzadılıb

Energetika Materials 24 Sentyabr 2020 00:05 (UTC +04:00)
SOCAR və BMT İnkişaf Proqramının birgə layihəsinin icra müddəti uzadılıb

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və BMT İnkişaf Proqramının nümayəndəliyinin “Azərbaycanın yanacaq-energetika kompleksində karbon tullantılarının azaldılması üzrə milli fəaliyyət planı” (NAMA) birgə layihəsinin icra müddəti 2020-ci il dekabrın 31-dək uzadılıb.

Bu barədə Trend-ə BMT İnkişaf Proqramının nümayəndəliyindən bildiriblər.

Qeyd olunub ki, son beş il ərzində çox iş görülsə də, NAMA layihəsi koronavirus pandemiyası ilə əlaqədar bir sıra problemlərlə üzləşib:

“Biz mart ayından mütəxəssislərlə binalarda, nəqliyyatda enerji səmərəliliyi, neft buruqlarında səmt qazının toplanması üzrə iki seminar keçirməyi planlaşdırırdıq. Amma təəssüf ki, nə seminarlar, nə də planlaşdırılan digər tədbirlər baş tutdu. Bununla əlaqədar olaraq BMT İnkişaf Proqramı NAMA layihəsini dekabrın 31-dək uzatmağı qərara aldı. Hazırda layihə ilə bağlı dəyişikliklər yoxdur, bütün tədbirlər layihə sənədinə uyğun keçiriləcək”.

Qeyd edək ki, NAMA layihəsi 2016-cı ilin martında işə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti