...

SOCAR və LUKoil əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Energetika Materials 25 Noyabr 2020 13:39 (UTC +04:00)
SOCAR və LUKoil əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

Bakı. Trend:

Noyabrın 24-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və LUKoil prezidenti Vahid Ələkbərov arasında görüş keçirilib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, görüşdə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov və Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev iştirak etmişlər. Görüşdə LUKoil şirkəti ilə SOCAR arasında uzunmüddətli əməkdaşlıq əlaqələrindən söhbət açılıb, Azərbaycanda həyata keçirilən layihələrdə LUKoil-un iştirakı yüksək qiymətləndirilib, “Naxçıvan”, “Qoşadaş” strukturlarında əməkdaşlığın davam etdirilməsi haqqında müzakirələr aparılıb.

V.Ələkbərov LUKoil şirkətinin mövcud əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib, Azərbaycanda neft-qaz kəşfiyyatı və hasilatı sahəsində keçirilən digər layihələrdə də şirkətin mümkün iştirakı ətrafında müzakirələr aparılıb.

LUKoil şirkəti Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir. Şirkət “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələrinin hər birində 10 faiz paya malikdir. Həmçinin cari ilin yanvarında iki şirkət arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Naxçıvan” perspektiv strukturu, habelə dənizin dayazsulu hissəsində “Xəzəryanı-Quba” və “Qoşadaş” perspektiv strukturlarını əhatə edən kəşfiyyat blokuna dair Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, LUKoil Azərbaycanda pərakəndə yanacaq bazarında iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti