Bakı. Ləman Zeynalova - Trend:
2020-ci ildə Macarıstanın "MOL Group" şirkətinin "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlarında hasilatı sutkada 17,8 min barel neft ekvivalentinə bərabər olub.
Trend bu barədə şirkətin hesabatına istinadən məlumat verir.
Şirkətin məlıumatında deyilir ki, "MOL Group" "Azəri-Çıraq-Günəşli" blokunda və Bakı-Tbilisi-Ceyhan boru kəmərində payın satın alınması üzrə saziş 2020-ci ilin aprelində imzalanmışdı:
"Həmin dövrdən hasilat hüququ əldə edilib. Amma 2020-ci ilin mayından etibarən Azərbaycanın OPEC+ sazişi çərçivəsində öhdəlikləri ilə əlaqədar ümumi hasilat azaldılıb. 2020-ci il üçün qazma proqramı başa çatıb, cəmi 13 quyu qazılıb".
(Tərcümə: Orxan Nəbiyev)