...

SOCAR-ın Ukraynada aviasiya yanacağı tədarükünün həcmi açıqlanıb

Energetika Materials 20 May 2021 13:38 (UTC +04:00)

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ilin aprelində Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı törəmə müəssisəsi 0,3 min ton aviasiya yanacağı tədarük edib.

Trend bu barədə Ukrayna KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, hesabat dövründə Litvadan Ukraynaya aviasiya yanacağının tədarükü ötən ilin apreli ilə müqayisədə 60 faiz artaraq 1,3 min tona çatıb. Bunun 0,3 min tonu "SOCAR Ukraine" üçün tədarük edilib.

Yanvar-aprel aylarında Ukrayna 26,3 min ton aviasiya yanacağı tədarük edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35 faiz azdır.

Qeyd edək ki, SOCAR Ukraynadakı fəaliyyətini "SOCAR Energy Ukraine" şirkəti vasitəsilə həyata keçirir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti