...

SOCAR Ukraynada suda yanacaqdoldurma kompleksləri açıb

Energetika Materials 25 May 2021 14:17 (UTC +04:00)
SOCAR Ukraynada suda yanacaqdoldurma kompleksləri açıb

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Ukraynada kiçik və orta gəmilər üçün suda yanacaqdoldurma kompleksləri açıb.

Trend bu barədə şirkətə istinadən məlumat verir.

Həmin komplekslər Kiyev və Odessa şəhərlərində açılıb.

Qeyd edək ki, SOCAR Ukraynadakı fəaliyyətini "SOCAR Energy Ukraine" şirkəti vasitəsilə həyata keçirir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti