...

SOCAR Ukraynaya 4 min tona yaxın Litva benzini tədarük edib

Energetika Materials 6 İyul 2021 14:59 (UTC +04:00)
SOCAR Ukraynaya 4 min tona yaxın Litva benzini tədarük edib

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ilin iyununda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə müəssisəsi "SOCAR Ukraine" Litvadan 3,9 min ton avtomobil benzini idxal edib.

Trend bu barədə Ukrayna KİV-lərinə istinadən məlumat verir.

Hesabat dövründə Ukraynaya Litvadan əsas avtomobil benzini tədarükçüsü "OKKO" şirkəti olub. Şirkət Ukraynaya 13,4 min ton benzin tədarük edib.

WOG tərəfindən 12,6 min ton, "Amik Ukraina" tərəfindən 4,5 min ton, "Alyans Oyl Ukraina" tərəfindən 2,2 min ton benzin tədarük olunub.

Ümumilikdə, may ayında Ukrayna 93,3 min ton avtomobil benzini idxal edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti