...

Macarıstan şirkəti "Azəri-Çıraq-Günəşli" üzrə hasilat həcmlərini açıqlayıb

Energetika Materials 11 Avqust 2021 17:01 (UTC +04:00)
Macarıstan şirkəti "Azəri-Çıraq-Günəşli" üzrə hasilat həcmlərini açıqlayıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ilin ikinci rübündə Macarıstanın "MOL Group" şirkətinin "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlarında hasilatı sutkada 18,1 min barel neft ekvivalentinə bərabər olub.

Trend bu barədə şirkətin hesabatına istinadən məlumat verir.

Bu ilin birinci rübündə hasilat sutkada 20 min barel, 2020-ci ildə 17,8 min barel neft ekvivalenti təşkil edib.

Qeyd edək ki, "MOL Group" tərəfindən "Azəri-Çıraq-Günəşli" blokunda və Bakı-Tbilisi-Ceyhan boru kəmərində payın satın alınması üzrə saziş 2020-ci ilin aprelində imzalanmışdı.

(Tərcümə: Orxan Nəbiyev)

Твиттер: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti