...

SOCAR Polşadan Ukraynaya 5 min tona yaxın benzin tədarük edib

Energetika Materials 3 Noyabr 2021 13:31 (UTC +04:00)
SOCAR Polşadan Ukraynaya 5 min tona yaxın benzin tədarük edib

Bakı. Xaqan İsayev - Trend:

2021-ci ilin oktyabrında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi "SOCAR Energy Ukraine" Ukraynaya Polşadan 4,8 min ton benzin tədarük edib.

Trend bu barədə Ukrayna KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, hesabat dövründə Ukrayna 123,7 min ton avtomobil benzini idxal edib. Bu, ötən ilin oktyabrı ilə müqayisədə 29 faiz çoxdur.

Oktyabr ayında Ukrayna, həmçinin Belarusdan 106,5 min ton benzin tədarük edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39 faiz çoxdur.

Ümumilikdə 2021-ci ilin yanvar-oktyabr aylarında Ukrayna 1,048 milyon ton benzin idxal edib və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti