...

ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb

Energetika Materials 10 Noyabr 2021 11:24 (UTC +04:00)
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,72 milyon barel/sutka səviyyəsində gözlənilir.

Trend-in məlumatına görə, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) hesabatında deyilir. Əvvəlki hesabatda bu göstərici 0,74 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılırdı.

2021-ci ildə rüblük hasilat birinci rübdə 0,75 milyon, ikinci rübdə 0,7 milyon, üçüncü rübdə 0,71 milyon barel/sutka təşkil edib. Dördüncü rübdə hasilat 0,72 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılır.

2022-ci ildə isə proqnozlara əsasən Azərbaycanda neft və maye karbohidrogen hasilatı 0,75 milyon barel/sutka olacaq. Əvvəlki hesabatda bu rəqəm 0,8 milyon barel/sutkaya bərabər idi.

Gələn il rüblük hasilat birinci, ikinci və üçüncü rübdə 0,75 milyon, dördüncü rübdə isə 0,74 milyon barel/sutka təşkil edəcək.

2020-ci ildə Azərbaycanda neft və maye karbohidrogen hasilatı sutkada orta hesabla 0,7 milyon barel, 2019-cu ildə 0,78 milyon barel təşkil edib.

EIA-nın göstəricilərinə görə, 2020-ci ilin birinci, ikinci, üçüncü və dördüncü rüblərində hasilat müvafiq olaraq sutkada 0,76, 0,69, 0,66 və 0,69 milyon barel təşkil edib.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti