...

Macarıstan şirkəti "Azəri-Çıraq-Günəşli" blokunda hasilatı azaldıb

Energetika Materials 11 Noyabr 2021 00:16 (UTC +04:00)
Macarıstan şirkəti "Azəri-Çıraq-Günəşli" blokunda hasilatı azaldıb

Bakı. Ləman Zeynalova - Trend:

2021-ci ilin üçüncü rübündə Macarıstanın "MOL Group" şirkətinin "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunda hasilatı sutkada 15,5 min barel neft ekvivalentinə bərabər olub.

Trend bu barədə şirkətin hesabatına istinadən məlumat verir. Ötən ilin eyni dövründə hasilat 29,8 kin barelə (48 faiz azalma) bərabər idi.

Şirkət bu ilin birinci rübündə sutkada 20 min barel, ikinci rübündə 18,1 min barel neft ekvavalenti hasil edib.

2020-ci il ərzində hasilat 17,8 min barel/sutka neft ekvivalenti təşkil edib.

Qeyd edək ki, "MOL Group" tərəfindən "Azəri-Çıraq-Günəşli" blokunda və Bakı-Tbilisi-Ceyhan boru kəmərində payın satın alınması üzrə saziş 2020-ci ilin aprelində imzalanmışdı.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti