...

"Lukoil" "Şahdəniz"də payını azaldır

Energetika Materials 10 Dekabr 2021 14:28 (UTC +04:00)
"Lukoil" "Şahdəniz"də payını azaldır

Bakı. Ləman Zeynalova - Trend:

Rusiyanın "Lukoil" şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında payını azaldır.

Trend-in şirkətə istinadən məlumatına görə, "Lukoil" “Şahdəniz”də "Petronas" şirkətinin payının alınmasına dair sazişə düzəlişlərin imzalanması barədə elan edib.

Yeni razılaşmalara əsasən, "Lukoil" şirkətinin "Petronas"dan aldığı pay 15,5%-dən 9,99%-ə, əməliyyat məbləği isə 2,25 milyard dollardan 1,45 milyard dollara endirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti