...

Azərbaycan karbamidi Hindistana ixrac edilir

Energetika Materials 12 Aprel 2022 10:37 (UTC +04:00)
Azərbaycan karbamidi Hindistana ixrac edilir

Bakı. Trend:

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidentləri ixrac coğrafiyasını genişləndirir.

Agentlikdən Trend-ə verilən məlumata görə, Sənaye Parkının rezidenti “SOCAR karbamid” zavodu tərəfindən ilk dəfə olaraq Hindistana karbamid gübrəsinin ixracı həyata keçirilib və ilkin mərhələdə qarşı tərəfə 5 min tondan çox məhsul göndərilib.

2019-cu ildə fəaliyyətə başlayan “SOCAR karbamid” zavodu ölkəmizin azot gübrəsi idxalından asılılığın aradan qaldırılmasında, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır. Hazırda zavodda istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə Brazilya, Gürcüstan, Türkiyə, Moldova, Rumıniya, İtaliya, Bolqarıstan və s. ölkələrə ixrac edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti