...

OPEC bu il neftə qlobal tələbatın azalacağını proqnozlaşdırır

Energetika Materials 13 Aprel 2022 08:56 (UTC +04:00)
OPEC bu il neftə qlobal tələbatın azalacağını proqnozlaşdırır

Bakı. Trend:

Ukraynadakı vəziyyət və koronavirus pandemiyasının təsirlərinin davam etməsi bu il neftə qlobal tələbatı azaldacaq.

Trend xəbər verir ki, bu barədə proqnozu OPEC dünya bazarlarındakı vəziyyətə dair hesabatında açıqlayıb. Kartelin proqnozuna görə, 2022-ci ildə dünya üzrə neftə gündəlik tələbat 400 min barrel azalaraq 100,5 milyon barrel olacaq.

Geosiyasi gedişatla yanaşı, koronavirusun “omikron” ştamının Çində yayılması bu ölkədə, eləcə də dünyanın bir sıra ölkələrində neftə tələbatı aşağı salacaq. OPEC eyni zamanda, Rusiyada xam neft istehsalına dair proqnozunu gündəlik yarım milyon azaldaraq il ərzində orta hesabla 11,2 milyon barrel olacağını qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti