...

Karbamidin xarici bazarlara ixracı 8 dəfə artıb - Rövşən Nəcəf

Energetika Materials 20 Aprel 2022 14:25 (UTC +04:00)
Karbamidin xarici bazarlara ixracı 8 dəfə artıb - Rövşən Nəcəf

Bakı. Trend:

Bu ilin 1-ci rübündə “SOCAR Karbamid” zavodu tərəfindən daxili bazara 53,4 min ton karbamid satılıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 224% çoxdur.

Trend-in məlumatına görə, bunu SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf "Twitter" səhifəsində bildirib.

Onun sözlərinə görə, karbamidin xarici bazarlara ixracı həcm baxımından 8 dəfə, dəyər baxımından isə 33 dəfə artıb.

Bu isə Azərbaycanın xarici ticarət saldosuna 93 milyon dollar müsbət təsir edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti