...

"Şahdəniz" yatağında qaz hasilatı artıb

Energetika Materials 5 May 2022 14:07 (UTC +04:00)
"Şahdəniz" yatağında qaz hasilatı artıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ilin birinci rübündə "Şahdəniz" yatağından ümumilikdə - "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birlikdə təqribən 6 milyard standart kubmetr qaz və 1 milyon ton (9 milyon bareldən artıq) kondensat hasil edilib.

Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.

2021-ci ilin birinci rübündə bu göstərici 5,1 milyard standart kubmetr qaz və 1 milyon ton təşkil edirdi. Beləliklə, "Şahdəniz" yatağından hasilat il ərzində 17,6 faiz artıb.

Qeyd olunur ki, mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündə təxminən 72 milyon (ildə 26 milyarddan artıq) standart kubmetrdir.

Rüb ərzində Şahdəniz yatağından Azərbaycan (Azərkontrakt ASC-yə), Gürcüstan (GOGC şirkətinə), Türkiyə (BOTAŞ şirkətinə) bazarlarına, çoxsaylı obyektlər üçün BTC şirkətinə və Avropadakı alıcılara qaz çatdırılması davam edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti