...

Türkiyənin qaz tədarükü artmaqda davam edir - Nazir müavini

Energetika Materials 2 İyun 2022 11:04 (UTC +04:00)
Türkiyənin qaz tədarükü artmaqda davam edir - Nazir müavini
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə alternativ enerji ehtiyatlarını inkişaf etdirməlidir.

Trend-in məlumatına görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Alparslan Bayraktar Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

"Türkiyə 2053-cü ilədək karbondan neytral ölkəyə çevrilmək niyyətindədir", - deyə o bildirib.

Onun sözlərinə görə, Türkiyə artıq öz alternativ enerji, xüsusən günəş və külək enerjisi potensialından fəal istifadə edir. Karbon neytrallığı hədəflərinə çatmaq üçün "yaşıl" enerji istehsalını 70-80 giqavatta çatdırmaq lazımdır.

Nazir müavini əlavə edib ki, Türkiyənin qaz tədarükünə tələbatı son dövrlərdə 50 milyard kubmetrdən 60 milyardadək artıb və artmaqda davam edir.

"Təbii qaz ehtiyat resurs baxımından mühüm rol oynayır. Bunun üçün infrastruktura investisiya qoymaq lazımdır. 5-6 il ərzində biz qaz anbarları həcmlərini genişləndirmişik. Qısa müddət ərzində TANAP layihəsi ərsəyə gətirilib", - A.Bayraktar deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti