...

Bakıda enerji təhlükəsizliyi ilə bağlı hansı mesajlar verilir? - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)

Energetika Materials 2 İyun 2022 23:29 (UTC +04:00)
Bakıda enerji təhlükəsizliyi ilə bağlı hansı mesajlar verilir? - “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)

Bakı. Trend:

Azərbaycanın xarici siyasətində enerji amili öz əhəmiyyətli mövqeyini qorumaqda davam edir. Müxtəlif liderlərin hakimiyyətləri dövründə Azərbaycanın ümumi xarici siyasət strategiyasında ciddi dəyişikliklər nəzərə çarpsa da, Azərbaycanın enerji siyasəti bütün illərdə əsasən bənzər hədəflərə yönəlmişdir. Azərbaycan bu siyasətlər nəticəsində hazırda öz enerji təhlükəsizliyini təmin edə bilir, eləcə də bəzi digər dövlətlərin enerji təhlükəsizliyində də əsas rollardan birini oynayır.

Trend-in məlumatına görə, Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Bakı Enerji Həftəsində enerji təhlükəsizliyi ilə bağlı hansı mesajlar verilir?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları iqtisadçı ekspert Xalid Kərimli, beynəlxalq münasibətlər üzrə ekspert Ceyhun Əhmədli və iqtisadçı Eyyub Kərimli mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=GCInf48NHiU

Məqalədə:
Xəbər lenti

Xəbər lenti