...

IFC "yaşıl" layihələrin reallaşdırılmasında Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə hazırdır - Regional menecer

Energetika Materials 3 İyun 2022 20:18 (UTC +04:00)
IFC "yaşıl" layihələrin reallaşdırılmasında Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə hazırdır - Regional menecer
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Maliyyə Korporasiyası (IFC) "yaşıl" layihələrin reallaşdırılmasında Azərbaycan hökuməti ilə əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

Trend-in məlumatına görə, bunu IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte Bakıda keçirilən 27-ci Enerji Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan bərpa olunan enerji sahəsində və "yaşıl" enerjiyə keçid üzrə iri layihələr reallaşdırır, IFC bu layihələr üzrə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməyə hazırdır.

"Biz həm də bu layihələrin və həllərin hazırlanması ilə məşğul olan özəl biznesə də dəstək göstərməyə hazırıq", - deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti