...

"Masdar" Azərbaycanda daha iri layihələri icra etməyə hazırdır

Energetika Materials 4 İyun 2022 13:18 (UTC +04:00)
"Masdar" Azərbaycanda daha iri layihələri icra etməyə hazırdır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Şuşa. Trend:

Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti Azərbaycanda biznes üçün imkanları öyrənməkdə davam edəcək və burada daha iri layihələri icra etməyə hazırdır.

Trend-in müxbiri xəbər verir ki, bunu "Masdar Clean Energy" şirkətinin icraçı direktoru vəzifələrini icra edən Favaz əl-Məhərrəmi Şuşada Bakı Enerji Həftəsi çərçivəsində keçirilən "Sıfır tullantıya doğru yol: Qarabağ bölgəsində "yaşıl" enerjinin potensialı və imkanları" adlı xüsusi sessiya zamanı deyib.

"Biz, həmçinin karbonsuzlaşdırma və bir sıra digər istiqamətlərlə bağlı layihələr üzrə SOCAR-la işləməyə hazırıq", - deyə o bildirib.

Onun sözlərinə görə, "Masdar" şirkəti Azərbaycanda, xüsusilə Qarabağda layihələr reallaşdırmaqdan şərəf və qürur duyur.

"Biz bu layihələri reallaşdırmaqla azad edilmiş ərazilərdə yeni iş yerləri yaradacağıq, bölgənin "yaşıl" zonaya çevrilməsi prosesini sürətləndirəcəyik. Bizim Qaradağda 230 meqavatt gücündə günəş elektrik stansiyası tikintisi layihəmiz var. Bu layihə 110 min ev təsərrüfatını enerji ilə təmin edəcək, həmçinin tullantıları azaldacaq", - F.əl-Məhərrəmi deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti