...

Şuşada imzalanmış sənədlər Azərbaycanın "yaşıl" enerjiyə keçidini sürətləndirəcək - Pərviz Şahbazov

Energetika Materials 4 İyun 2022 14:11 (UTC +04:00)
Şuşada imzalanmış sənədlər Azərbaycanın "yaşıl" enerjiyə keçidini sürətləndirəcək - Pərviz Şahbazov
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Şuşa. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində artıq "yaşıl" zonanın yaradılması üzrə işlər aparılır.

Trend-in müxbiri xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Şuşada Bakı Enerji Həftəsi çərçivəsində keçirilən "Sıfır tullantıya doğru yol: Qarabağ bölgəsində "yaşıl" enerjinin potensialı və imkanları" adlı xüsusi sessiyadan sonra açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Qarabağda və Şərqi Zəngəzurda "yaşıl" enerji zonası konsepsiyası hazırlanıb və reallaşdırılır.

"Bu istiqamətdə artıq ilk addımlar atılır. Əlbəttə, bu gün imzalanmış bütün sənədlər Qarabağda və Şərqi Zəngəzurda, eləcə də ölkənin bütün rayonlarında layihələrin reallaşdırılması üçün nəzərdə tutulub. Bu gün biz burada yeni mənbələrin yaradılması ilə bağlı konkret layihələr imzaladıq. Amma "yaşıl" enerji anlayışı təkcə istehsal gücünü deyil, həm də ötürmə və istehlakı əhatə edir. Şuşada bu layihələrin imzalanması, eləcə də "yaşıl" enerji konsepsiyasının bəzi müddəalarının reallaşdırılması və Azərbaycanın bərpa olunan enerji mənbələrinin inkişafında beynəlxalq enerji şirkətləri ilə əməkdaşlığı ölkədə "yaşıl" enerjinin transformasiyasını sürətləndirəcək", - nazir əlavə edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti