...

Azərbaycanda alternativ enerji sektorunda yeni layihələrin təsdiq olunması gözlənilir (FOTO)

Energetika Materials 21 İyun 2022 12:57 (UTC +04:00)
Azərbaycanda alternativ enerji sektorunda yeni layihələrin təsdiq olunması gözlənilir (FOTO)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bərpa olunan enerji sektorunda yeni layihələrin təsdiq olunması gözlənilir.

Trend-in məlumatına görə, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Təbriz Əmmayev Azərbaycanda bərpa olunan enerji mənbələri" mövzusunda dayanıqlı inkişaf üzrə Almaniya-Azərbaycan forumunda deyib.

"Biz artıq bərpa olunan enerji mənbələri barədə qanun qəbul etmişik. Hazırda alternativ enerji sahəsində 2022-26-cı illər üçün strategiya hazırlanır. Bunun tezliklə təsdiq olunacağına ümid edirik", - deyə o bildirib.

T.Əmmayev əlavə edib ki, hazırda Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə hidrogen istehsalı potensialı dəyərləndirilir.

"Qarabağda "yaşıl" zonanın yaradılması həm də Azərbaycanın bərpa olunan enerji istehsalında təcrübəsinin artmasına xidmət edəcək", - agentlik rəhbəri deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti