...

Azərbaycan bərpa olunan enerjininin inkişafında böyük potensiala malikdir - "Uniper"

Energetika Materials 21 İyun 2022 13:09 (UTC +04:00)
Azərbaycan bərpa olunan enerjininin inkişafında böyük potensiala malikdir - "Uniper"
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan bərpa olunan enerjininin inkişafında böyük potensiala malikdir.

Trend-in məlumatına görə, bunu "Uniper Global Commodities" şirkətinin vitse-prezidenti Maykl Gilmer "Azərbaycanda bərpa olunan enerji mənbələri" mövzusunda dayanıqlı inkişaf üzrə Almaniya-Azərbaycan forumunda deyib.

"Biz bu regionda fəaliyyət göstərmək istəyən tərəflərlə əməkdaşlıq etməyə hazırıq. Azərbaycanda alternativ enerji sahəsində iri layihə yaradıla bilər", - deyə o bildirib

M.Gilmer qeyd edib ki, artıq Azərbaycanda enerji keçidi üzrə işçi qrupu formalaşdırılıb.

"Bu qrup vasitəsilə biz öz fikirlərimizi qərar qəbul edən şəxslərə çatdıra biləcəyik", - vitse-prezident deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti