Bakı. Trend:
2022-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatının orta hesabla 0,8 milyon barel/sutka təşkil edəcəyi gözlənilir. Bu, 2021-ci ilin hasilat göstəricilərindən 47 min barel/sutka çoxdur.
Trend bu barədə OPEC-in aylıq hesabatına istinadən məlumat verir.
Hesabatda qeyd olunur ki, 2022-ci ilin mayında Azərbaycanda maye karbohidrogen hasilatı əvvəlki ayla müqayisədə 8 min barel/sutka azalıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 34 min/barel sutka artaraq 0,7 milyon barel/sutka təşkil edib.
"Rəsmi məlumatlara əsasən, Azərbaycanda xam neft hasilatı may ayında əvvəlki ayla müqayisədə 8 min barel/sutka artaraq orta hesabla 571 min barel/sutka təşkil edib. 2022-ci ildə Azərbaycanda yeni layihələrin işə salınması gözlənilmir. "Azəri-Çıraq-Günəşli" blokunda neft hasilatının azalması "Şahdəniz" kimi yataqlarda hasilatın artması hesabına qismən kompensasiya olunacaq. İlkin məlumatlara əsasən, iyun ayında Azərbaycanda maye karbohidrogen hasilatı 0,8 milyon barel/sutkayadək artıb", - hesabatda deyilir.
(Tərcümə: Orxan Nəbiyev)
"