...

Azərbaycan nefti bahalaşıb

Energetika Materials 19 İyul 2022 09:37 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 18-də 121,74 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,52 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 119,94 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,19 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 3,51 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 115,08 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 4,01 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti