Bakı. Trend:
Azərbaycan qazının nəql olunacağı Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) avqust ayında istismara verilə bilər.
Trend-in məlumatına görə, bunu Bolqarıstanın baş naziri Kiril Petkov brifinq zamanı deyib.
"Artıq IGB iki ölkənin nəzarət orqanları və Aİ tərəfindən 14 akta malikdir. İnterkonnektoru reallaşdıran layihə şirkəti IGB-nin istismara hazır olması barədə 15-ci aktın və istismara rəsmi icazə verən 16-cı aktın avqustun sonunadək əldə olunması ilə bağlı öhdəlik götürüb", - deyə baş nazir bildirib.
Xatırladaq ki, IGB Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Boru xəttinin buraxılışı ildə 3 milyard kubmetr təşkil edəcək. Perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər.
(Tərcümə: Orxan Nəbiyev)