Bakı. Trend:
Azərbaycan enerji layihələri üzrə Avropa Yenidənqurma və İnklişaf Bankının (AYİB) standartlarına uyğun hərraclar keçirməyə başlayacaq.
Bunu Trend-ə energetika naziri Elnur Soltanov Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində deyib.
"AYİB hərracların keçirilməsi üzrə qaydalar hazırlayıb və biz gələn il bu standartlara uyğun hərracları başlamağı planlaşdırırıq", - nazir müavini deyib.