...

OPEC Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu yeniləyib

Energetika Materials 12 Oktyabr 2022 17:07 (UTC +04:00)
OPEC Azərbaycanda maye karbohidrogen hasilatı proqnozunu yeniləyib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2022-ci ildə Azərbaycanda maye karbohidrogen hasilatının bir qədər artacağı və orta hesabla 0,7 milyon barel/sutka təşkil edəcəyi gözlənilir.

Trend bu barədə OPEC-in bugünkü aylıq hesabatına istinadən məlumat verir.

Bu göstərici əvvəlki proqnozla müqayisədə 14 min barel/sutka azalıb.

Hesabatda qeyd olunur ki, 2022-ci ilin avqustunda Azərbaycanda maye karbohidrogen hasilatı əvvəlki ayla müqayisədə dəyişməz qalıb və ötən ilin eyni dövrü ilə müqayisədə isə 52 min/barel sutka artaraq 0,7 milyon barel/sutka təşkil edib.

"Rəsmi mənbələrə əsasən, xam neft hasilatı orta hesabla 554 min barel/sutka təşkil edib. 2022-ci ildə ölkədə yeni neft layihələrinin işə salınması gözlənilmir, köhnə yataqlardakı azalma isə digər yataqlardan hasilatın artırılması hesabına kompensasiya olunacaq", - hesabatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti