...

Azərbaycan nefti bahalaşıb

Energetika Materials 8 Noyabr 2022 10:13 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 7-də 102,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,73 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 100,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,67 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 1,41 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 101,72 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,99 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti