...

Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

Energetika Materials 16 Noyabr 2022 09:34 (UTC +04:00)
Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

Bakı. Trend:

Azərbaycanda elektrik enerjisinin istehsalı artıb.

Trend-in məlumatına görə, bu barədə energetika naziri Pərviz Şahbazov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, bu ilin 10 ayında operativ məlumatlara əsasən ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 3.8% artaraq 23 748,6 mln. kVt/st, ixrac 2 101,2 mln. kVt/st, idxal isə 115,7 mln. kVt/st olub.

Energetika Nazirliyinin hesabatına görə, ötən ay ərzində elektrik enerjisinin idxalı 10,8 mln. kVt·st olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,4 mln. kVt·st, ixrac isə 295,4 mln. kVt·st olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 169,9 mln. kVt·st artıb.

Ümumilikdə 2022-ci ilin yanvar-oktyabr aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 876,4 mln. kVt·st, yəni 3,8 % artaraq 23 748,6 mln. kVt·st olub.

Hesabat dövründə ötən ilin 10 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 458,4 mln. kVt·st artaraq 21 933,4 mln. kVt·st, SES-lərdə 354,5 mln. kVt·st artaraq 1 463,4 mln. kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 3,4 mln. kVt·st artaraq 291,8 mln. kVt·st olub.

Yanvar-oktyabr aylarında külək elektrik stansiyalarında 73,4 mln. kVt·st, günəş elektrik stansiyalarında 55,0 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 163,4 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

2022-ci ilin 10 ayında elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 21 432,6 mln. kVt·st (İES-lərdə 20 075,0 mln. kVt·st, SES-lərdə 1 357,6 mln. kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 396,4 mln. kVt·st (İES-lərdə 252,9 mln. kVt·st, SES-lərdə 92,6 mln. kVt·st, GES-də 50,9 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 55,0 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 864,6 mln. kVt·st təşkil edib.

2022-ci ilin yanvar-oktyabr ayları üzrə elektrik enerjisinin ixracı 2 101,2 mln. kVt·st, idxalı isə 115,7 mln. kVt·st olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti