...

TAP və IGB-nin Cənub-Şərqi Avropa üçün həlledici əhəmiyyəti var - Yunanıstan XİN rəhbərinin müavini

Energetika Materials 29 Dekabr 2022 10:46 (UTC +04:00)
TAP və IGB-nin Cənub-Şərqi Avropa üçün həlledici əhəmiyyəti var - Yunanıstan XİN rəhbərinin müavini
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans Adriatik Boru Kəməri (TAP) və Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) Balkanlar və Cənub-Şərqi Avropa regionu üçün strateji əhəmiyyətə malikdir.

Trend-in məlumatına görə, bu barədə Yunanıstan xarici işlər nazirinin müavini Kostas Fraqoqiannisin "To Vima tis Kiriakis" qəzetinin xüsusi buraxılışında dərc olunmuş məqaləsində deyilir.

"2022-ci ilin son bir neçə ayı enerji sektorunda görünməmiş səviyyədə investisiya fəallığı müşahidə edildi. TAP və IGB, Yunanıstan-Şimali Makedoniya interkonnektoru, Aleksandrupolisdə mayeləşdirilmiş təbii qazın (LNG) üzən anbarı və yenidən qazlaşdırılması stansiyası kimi layihələr, eləcə də Yunanıstan ətrafında daha çox sayda belə üzən stansiyaların tikilməsi perspektivi Balkanlar və Cənub-Şərqi Avropa üçün strateji əhəmiyyət kəsb edir və Yunanıstanı Aİ-nin regional enerji qapısına çevirir”, - deyə məqalədə qeyd olunur.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP hər il İtaliyaya 8 milyard kubmetr, Yunanıstan və Bolqarıstana isə 1 milyard kubmetr qaz tədarük edir.

2020-ci il dekabrın 31-dən Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya tədarükü başlayıb. Azərbaycan tarixdə ilk dəfə olaraq öz təbii qazını boru kəmərləri vasitəsilə Avropa bazarına çıxarıb. Dünyanın ən böyük təbii qaz idxalçısı olan Avropa bazarına birbaşa çıxışı olan Azərbaycan ixrac imkanlarını diversifikasiyalaşdırıb.

Oktyabrın 1-də işə salınan IGB Bolqarıstana Azərbaycan qazını, xüsusən də Azərbaycanın “Şahdəniz-2” qaz-kondensat yatağında hasil olunan qazı almağa imkan verəcək. IGB TAP-a qoşulub və onun vasitəsilə qaz “Şahdəniz” yatağından Avropa bazarlarına çıxarılır. Qaz kəmərinin uzunluğu 182 kilometrdir.

Birinci mərhələdə qaz kəmərinin ötürmə qabiliyyəti ildə üç milyard kubmetr təşkil edəcək. İkinci mərhələdə, bazarın inkişafından asılı olaraq, kompressor stansiyasının əlavə edilməsi ilə kəmərin ötürücülük qabiliyyətini ildə 5 milyard kubmetrə qədər artırmaq olar. Onların təxminən yarısı - ildə 1,57 milyard kubmetr - 25 ilə qədər uzunmüddətli müqavilələr əsasında artıq rezervasiya edilib. Qalan mövcud tutum iki aparıcı platformada - PRISMA və RBG-də hərraclar vasitəsilə təklif olunacaq.

Тvitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti