...

İon-Adriatik boru kəməri Albaniyanın maye qazı təkrar ixrac etməsinə imkan verəcək

Energetika Materials 25 Yanvar 2023 11:24 (UTC +04:00)
İon-Adriatik boru kəməri Albaniyanın maye qazı təkrar ixrac etməsinə imkan verəcək

Trend-i buradan izləyin

Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İon-Adriatik boru kəməri (IAP) Cənub-Şərqi Avropaya maye təbii qazı (MTQ) təkrar ixrac etməyə imkan verəcək.

Trend-in Çexiya KİV-inə istinadən məlumatına görə, bu barədə Çexiyanın Tiranadakı səfirliyinin iqtisadi məsələlər üzrə diplomatı Pyotr Vlkın məqaləsində deyilir.

"Albaniya üçün qaz kəməri ölkənin şimal bölgələrinin qazlaşdırılması və idxal olunan maye qazın Vlera limanından Cənubi və Mərkəzi Avropa ölkələrinə təkrar ixracı üçün imkan deməkdir. Qaz kəmərinin Albaniya hissəsində işlər 2021-ci ildə başlanıb, lakin təxirə salınıb. Boru kəmərinin Albaniya hissəsinin tikintisinə 5 il lazım olacağı gözlənilir. Bütünlükdə layihənin dəyəri 610 milyon avro təşkil edəcək ki, bunun da 288 milyon avrosu Albaniya hissəsinin payına düşür", - məqalədə deyilir.

Pyotr Vlkın fikrincə, IAP Albaniyanın maye qazdan sənayedə, Trans-Adriatik boru kəməri (TAP) marşrutundan uzaqda yerləşən şimal rayonlarında ev təsərrüfatında istifadəsinə imkan verəcək.

Qeyd edək ki, nəzərdə tutulan İon-Adriatik boru kəməri qazın bir çox Cənub-Şərqi Avropa ölkələrinə nəqli üçün Trans-Adriatik boru kəmərinə qoşula bilər.

516 kilometr uzunluğa malik boru kəməri Albaniya, Monteneqro, Bosniya və Herseqovina ərazisindən keçərək Xorvatiyada tamamlanacaq. Boru kəmərinin ötürücülük qabiliyyəti ildə beş milyard kub metr qaz təşkil edəcək.

TAP artıq bu layihənin tərtibatçıları ilə, xüsusən Plinacro (Xorvatiya), BH-Gas (Bosniya və Hersoqovina), GeoplinPlinovodi (Sloveniya) şirkətləri ilə, həmçinin Monteneqro və Albaniya hökumətləri ilə anlaşma və tərəfdaşlığa dair memorandumlar imzalayıb.

TAP və IAP işçi qrupları yaradılıb və texniki qoşulma məsələlərinin razılaşdırılması məqsədilə mütəmadi görüşlər keçirilməkdədir.

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti