...

İnvestorların riskdən qaçışı fonunda neft ucuzlaşır

Energetika Materials 27 Fevral 2023 09:55 (UTC +04:00)
İnvestorların riskdən qaçışı fonunda neft ucuzlaşır

Bakı. Trend:

Bu gün səhər dünyada neft fyuçerslərinin qiyməti maliyyə bazarlarında kotirovkanın ümumi azalması çərçivəsində müəyyən qədər ucuzlaşıb ki, bu da "riskdən qaçış" əhvalından xəbər verə bilər.

Trend-in məlumatına görə, sövdələşmə məlumatları bundan xəbər verir.

Brent markalı neftin may fyuçerslərinin qiyməti 0,36% azalaraq 1 bareli 82,52 dollara, WTI markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0,29% azalaraq bareli 76,1 dollara çatıb.

Bütün bunlar qlobal maliyyə bazarlarında, o cümlədən neft fyuçerslərinin ticarətində treyderlərin riskdən uzaqlaşmağa meylli olduqlarından xəbər verir: ötən həftə ABŞ-ın əsas fond indeksləri 1%-dən çox ucuzlaşmadan sonra bağlandı, bu gün səhər Asiya bazarlarında da ucuzlaşma müşahidə olunur.

Treyderlərin diqqəti yenidən iqtisadi perspektivlərə yönəlib, belə ki, ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) gözlənildiyi kimi endirim faizini qaldırma siyasətini davam etdirəcək. Resessiya narahatlığı neftə tələbat perspektivlərinə yanaşmalara təsir edir ki, bu da kotirovkalar üçün mənfi haldır.

Neftin qiymətlərinə həmçinin dolların möhkəmlənməsi də müəyyən qədər mənfi təsir göstərə bilər, ən azından dolların indeksi (ABŞ-ın ticari tərəfdaşları olan altı ölkənin valyuta səbətinə məzənnəsi) ötən həftə 0,6% qalxaraq 105,21 bəndə çatıb, hazırda isə 105,24 bənd səviyyəsində qiymətləndirilir. Göstərici ilk dəfə yanvarın əvvəlindən 105 bənddən yuxarı qalxıb. Dolların möhkəmlənməsi xammalın digər valyutada satın alınması zamanı onu daha əlçatan edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti