...

Azərbaycan Avrasiya İqtisadi Zirvəsində təmsil olunacaq

Energetika Materials 13 Mart 2023 14:32 (UTC +04:00)
Azərbaycan Avrasiya İqtisadi Zirvəsində təmsil olunacaq

Bakı. Trend:

14-15 mart tarixlərində İstanbulda Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə 26-cı Avrasiya İqtisadi Zirvəsi keçiriləcək.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, “İnamsızlığı bitir, əməkdaşlığa başla” devizi altında baş tutacaq tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

Tədbir çərçivəsində energetika nazirinin Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar panel sessiyada çıxışı nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti