...

Azərbaycan əmtəə qazının hasilatını artırıb

Energetika Materials 17 Mart 2023 16:39 (UTC +04:00)
Azərbaycan əmtəə qazının hasilatını artırıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2023-cü ilin yanvar-fevral aylarında əmtəə qazının hasilatını 2022-ci ilin analoji dövrü ilə müqayisədə 17,8 faiz artırıb.

Trend bu barədə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Komitənin məlumatlarına görə, 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda təbii qaz hasilatı 7,684 milyard kubmetr, əmtəə qazının hasilatı isə 6,013 milyard kubmetr təşkil edib. Təbii qaz hasilatı illik hesablamada 12,4 faiz artıb.

2023-cü ilin yanvar-fevral aylarında kondensatla birlikdə 5,465 milyon ton xam neft hasil olunub ki, bunun təqribən 5,448 milyon tonu əmtəə neftinin payına düşüb. Beləliklə, Azərbaycan kondensatla birlikdə xam neft hasilatını illik hesablamada 6,2 faiz azaldıb. Həmçinin, əmtəə neftinin hasilatı il ərzində 6,4 faiz azalıb.

Qeyd edək ki, Energetika Nazirliyinin məlumatına əsasən, 2022-ci ildə ölkədə ümumi neft hasilatı 32,6 milyon ton (kondensatla birlikdə) təşkil edib. Bununla yanaşı, “Azəri-Çıraq-Günəşli” yatağının payına 20,4 milyon ton, “Şahdəniz” yatağının payına isə 4,4 milyon ton (kondensatla birlikdə) düşüb. Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 7,8 milyon neft hasil olunub (kondensatla birlikdə).

Hesabat dövründə Azərbaycan 26,3 milyon, o cümlədən kondensat neft ixrac edib ki, bunun 24,9 milyon tonu konsorsiumun, 1,4 milyon tonu isə SOCAR-ın payına düşüb.

2022-ci ilin yekunlarına görə, ölkədə qaz hasilatı 46,7 milyard kubmetr təşkil edib. Bu göstərici 2021-ci illə müqayisədə 6,5 faiz və ya 2,5 milyard kubmetr artıb. Beləliklə, "Azəri-Çıraq-Günəşli" yatağından 13,4 milyard kubmetr, "Şahdəniz" yatağından isə 25,2 milyard kubmetr qaz hasil edilib. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən isə 8,1 milyard kubmetr qaz hasil olunub.

2022-ci il ərzində hasil edilən Azərbaycan qazının ümumi həcminin 22,3 milyard kubmetr ixrac olunub ki, bu da 2021-ci ilin göstəricisindən 18 faiz yüksəkdir.

CQBK 2006-cı ildən etibarən fəaliyyət göstərir və "Şahdəniz" yatağından Azərbaycan, Gürcüstan və Türkiyə üçün qaz nəql edir. Boru kəmərinin genişləndirilmiş hissəsindən kommersiya məqsədilə Türkiyəyə nəql 2018-ci ilin iyununda, Avropaya isə 2020-ci ilin dekabrında başlayıb.

CQBK-nin səhmdarları aşağıdakı kimidir: bp (29,99 faiz), LUKOIL (19,99 faiz), TPAO (19 faiz), SOCAR (14,35 faiz), NICO (10 faiz) və SGC (6,7 faiz).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti