Bakı. Trend:
Bolqarıstanda təbii qaz aprelin 1-dən ucuzlaşıb.
Trend xəbər verir ki, Enerji və Su Tənzimləmə Komissiyası (KEWR) şənbə günü qazın aprel ayında qiymətini əlavə ödənişlər olmadan 1 MVt/saata görə 98,16 leva (təxminən €49,8) məbləğində təsdiqləyib, halbuki martda bu qiymət 106,74 leva (təxminən 53,37 avro) idi.
"Bolqarıstan-Yunanıstan interkonnektoru vasitəsilə tədarük edilən Azərbaycan qazının qiyməti qaz qarışığının maya dəyərinin hesablanmasına daxil edilib. Bu həcmlər ölkə istehlakının təqribən 51,9%-ni əhatə edir və sərfəli qaz qiymətlərinə nail olmaq üçün önəm daşıyır", - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, Bolqarıstan 1 oktyabr 2022-ci ildə istismara verilmiş Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə Azərbaycan qazının idxalına başlayıb. İnterkonnektorla qaz tədarükünün müqavilə həcmi ildə 1 milyard kubmetr təşkil edir. IGB-nin ümumi ötürücülük imkanları ildə 5 milyard kubmetrədək genişləndirmə imkanı ilə 3 milyard kubmetr təşkil edir.