Bakı. Trend:
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi aprelin 27-də Türkiyənin cənubundakı "Akkuyu" AES-ə nüvə yanacağının çatdırılması mərasimində iştirak edəcək.
Trend-in məlumatına görə, bu barədə "CNN Türk" televiziya kanalına müsahibəsində Türkiyə energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.
"BAEA rəhbəri [mərasimə] gələcək. O, bayraq qaldıracaq və "Akkuyu" atom elektrik stansiyası [BAEA] tərəfindən yoxlamaların aparılacağı bir növ nüvə adasına çevriləcək", - deyə o qeyd edib.
Qeyd edək ki, aprelin 27-də Mersində "Akkuyu" AES-in birinci bloku üçün ilk nüvə yanacağının çatdırılması mərasimi planlaşdırılır.