...

Azərbaycan Avropaya enerji resurslarının tədarükünü təmin edə bilən iki ölkədən biridir - Robert Katler

Energetika Materials 4 May 2023 11:05 (UTC +04:00)
Azərbaycan Avropaya enerji resurslarının tədarükünü təmin edə bilən iki ölkədən biridir - Robert Katler
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Füzuli. Trend:

Azərbaycan Avropaya enerji resurslarının tədarükünü təmin edə bilən iki ölkədən biridir.

Bunu Trend-ə 2-4 may tarixlərində Bakıda və Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda iştirak edən Kanada Beynəlxalq Münasibətlər İnstitutunun elmi işçisi Robert M.Katler deyib.

"Dünyada Avropaya neft və qaz tədarükü üçün ciddi perspektivlərə malik iki ölkə var: Norveç və Azərbaycan", - Katler deyib.

Onun sözlərinə görə, Azərbaycan şelfdə Avropanın ehtiyacı olan mühüm enerji resurslarına malikdir, lakin Avropa İttifaqının əsasən Şimal axını ilə Rusiyadan qaz satınalmasına yönələn enerji siyasəti ucbatından bu potensial tam reallaşdırılmayıb.

Ekspert həmçinin Cənub Qaz Dəhlizinin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, bu dəhliz postsovet dövründə beynəlxalq enerji əməkdaşlığının ən mühüm nailiyyətlərindən biridir.

"Cənub Qaz Dəhlizi Azərbaycanın təşəbbüsü ilə həyata keçirilib, ilk addım Trans-Anadolu Qaz Kəmərinin (TANAP) tikintisi olub. TANAP da öz növbəsində bütün Cənub Qaz Dəhlizinin formalaşması üçün, o cümlədən Trans-Adriatik Boru Kəməri (TAP) və boru kəmərinin əvvəlcə Bakı-Tbilisi-Ərzurum adlandırılan, indi isə Cənubi Qafqaz Boru Kəməri (CQBK) kimi tanınan genişlənməsi üçün stimul olaraq çıxış edib", - Katler deyib.

Qeyd edək ki, 2-4 may tarixlərində Bakıda və Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda 30-dan çox ölkədən 60-dək nümayəndə iştirak edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti