...

Neft ucuzlaşır

Energetika Materials 22 May 2023 09:53 (UTC +04:00)
Neft ucuzlaşır

Bakı. Trend:

ABŞ-nin dövlət borcu ilə bağlı qeyri-müəyyənlik vəziyyətində bazar ertəsi səhər dünyada neft qiymətlərində ucuzlaşma müşahidə olunur.

Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 0,77% ucuzlaşaraq bir bareli 75 dollara, WTI markalı neftin iyul fyuçerslərinin qiyməti isə 0,78% ucuzlaşaraq bir bareli 71,13 dollara düşüb.

Ağ ev və konqresdə nümayəndələr palatasına nəzarət edən Respublikaçılar ABŞ-nin dövlət borcunun limit tavanının yüksəldilməsi barədə danışıqları davam etdirirlər. ABŞ nümayəndələr palatasının spikeri Kevin Mak-Karti bu məsələ ilə bağlı danışıqlar üçün bazar ertəsi günün irəliləyən saatlarında ölkə prezidenti Co Baydenlə görüşəcəyini qeyd edib.

Dövlət borcu perspektivləri ətrafında davam edən qeyri-müəyyənlik neft treydelərini riskdən daha çox uzaqlaşmağa vadar edir ki, bu da neft kotirovkalarının ucuzlaşmasına gətirib çıxarır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti