...

"Bakı Enerji Həftəsi"nin xüsusi sessiyası Naxçıvanda keçiriləcək

Energetika Materials 24 May 2023 12:13 (UTC +04:00)
"Bakı Enerji Həftəsi"nin xüsusi sessiyası Naxçıvanda keçiriləcək
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

"Bakı Enerji Həftəsi"nin xüsusi sessiyası Naxçıvanda keçiriləcək.

Trend çərşənbə günü xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Orxan Hüseynov qarşıdakı 28-ci "Xəzər Neft və Qaz" (Caspian Oil&Gas), 11-ci "Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi" (Caspian Power) və 20-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisinə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, xüsusi sessiya Naxçıvanda "Naxçıvan və Şərqi Zəngəzur: yaşıl enerji potensialı" adı altında keçiriləcək.

"Naxçıvan və Şərqi Zəngəzur yaşıl enerji istehsalında böyük potensiala malikdir və biz bu potensialın beynəlxalq oyunçulara təqdim edilməsini hədəfləyirik. Hesab edirəm ki, bu tədbirlərin keçirilməsi Azərbaycanın bu bölgəsinin imkanlarının təşviqi üçün əla platformadır və yeni razılaşmaların əldə edilməsini gözləyirik", - deyə o əlavə edib.

Qeyd edək ki, 31 may-3 iyun tarixlərində Bakıda 28-ci "Xəzər Neft və Qaz" (Caspian Oil&Gas), 11-ci "Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi" (Caspian Power) və 20-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi keçiriləcək. 1-2 iyun tarixlərində isə 28-ci "Bakı Enerji Forumu" keçiriləcəyi gözlənilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti