Bakı. Trend:
Neftin qiymətinin artması nəticəsində əldə edilən əlavə gəlirin məbləği açıqlanıb.
Trend-in məlumatına görə, maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi zaman deyib ki, 5 ay ərzində neftdən 1,3 milyard manat əlavə gəlir əldə edilib.
Nazir əlavə edib ki, Neft Fonduna daha çox vəsait toplanır.
"Gəlirlərin hamısının xərclərə ayrılması düzgün deyil", - S.Şərifov bildirib.