...

Enerji məhsullarının qiymətləri 2024-cü ilədək stabilləşəcək - Dünya Bankı

Energetika Materials 16 İyun 2023 13:37 (UTC +04:00)
Enerji məhsullarının qiymətləri 2024-cü ilədək stabilləşəcək - Dünya Bankı
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci yarısında enerji məhsullarının qiymətləri ucuzlaşıb, lakin 2024-cü ilədək bu qiymətlərin stabilləşəcəyi gözlənilir.

Trend cümə günü xəbər verir ki, bunu Dünya Bankının (DB) Bərabər İnkişaf, Maliyyə və İnstitutlar (EFI) üzrə Təcrübə Qrupundakı Perspektivlər Qrupunun meneceri Fransiska Lizelotte Onsorge Dünya Bankının hesabatının təqdimatında deyib.

"Lakin ucuzlaşma riskləri də var, xüsusən metal qiymətlərində. Çinin iqtisadi bərpası gözlənildiyindən daha az əhəmiyyət kəsb edərsə və ya əsası daha çox istehlakla əlaqəli olarsa bu metal qiymətlərinə təsir göstərə bilər. Bu, qısamüddətli perspektivdir", - o deyib.

Onsorge həmçinin uzunmüddətli perspektivə diqqət yetirib.

"Dünya Bankının təhlili göstərir ki, qazıntı yanacağı ixracatçıları bütünlükdə metal və kənd təsərrüfatı məhsulları kimi digər xammal ixracatçıları ilə müqayisədə resurslardan daha çox asılıdırlar. Qazıntı yanacağının ixracatçıları daha çox resurslardan əldə olunan gəlirlərdən, ixrac gəlirlərində resursların payından, dövlət gəlirlərindən və ÜDM-də resurs gəlirlərindən asılıdırlar. Məhz bu səbəbdən onlar uzunmüddətli perspektivdə daha ciddi siyasi problemlə üzləşirlər", - deyə o vurğulayıb.

Onsorge qeyd edib ki, enerji keçidi baş verdikdə və qazıntı yanacağına tələbat azaldıqda bu sektorun ixracatçıları öz fəaliyyətlərini aktiv şəkildə diversifikasiya etməli olacaqlar.

"Lakin bu məsələ çox mürəkkəb ola bilər. Bəzi ölkələr ola bilsin ki, müxtəlif qazıntı yanacağı növləri üzrə üstünlüyə malikdirlər ki, bu da onların dəyişikliklərin öhdəsindən daha rahat gəlmələrinə imkan verəcək. Məsələn, daha təmiz yanacaq olaraq qaza tələbat neftə tələbatdan daha uzun müddət davam edə bilər", - o deyib.

Sonda Onsorge bildirib ki, bütünlükdə qazıntı yanacağına tələbat azalıb və bu ölkələrin yeni şəraitə uyğunlaşmalarını tələb edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti