...

"Bahar-Qum Dəniz" blokunda qaz hasilatı planı təqribən 63% yerinə yetirilib

Energetika Materials 21 İyun 2023 15:12 (UTC +04:00)
"Bahar-Qum Dəniz" blokunda qaz hasilatı planı təqribən 63% yerinə yetirilib
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda "Bahar-Qum Dəniz" blokunda 2022-ci ildə proqnozlaşdırılan 310,63 milyon kubmetrlə müqayisədə 194,45 milyon kubmetr qaz hasil olunub.

Trend bu barədə Azərbaycan Respublikası Hesablama Palatasına istinadən xəbər verir.

Palatanın məlumatlarına əsasən, blok üzrə qaz hasilatı planı təqribən 62,6% yerinə yetirilib.

Azərbaycan Dövlət Neft Fondunun (SOFAZ) bu blokda qaz hasilatından əldə etdiyi gəlir 1,20 milyon ABŞ dolları olub

Əməliyyat şirkətinin verdiyi məlumata görə, istehsalat planı texniki və təmir işləri səbəbindən yerinə yetirilməyib.

Qeyd edək ki, blokun işlənmə layihəsi ABŞ-nin layihəni özünün törəmə şirkəti olan BEOC vasitəsilə idarə edən "Greenfields Petroleum Corporation" tərəfindən həyata keçirilir.

Korporasiya özünün Bahar Enerci Limited törəmə şirkəti vasitəsilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və ARDNŞ-in Ortaq Neft Şirkəti ilə bağladığı Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum Dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişdə 80 faiz paya malikdir.

"Qum Dəniz" neft yatağı Abşeron yarımadasından cənub istiqamətində, Bakıdan 21 km cənubda Qum adası ilə "Bahar" qaz yatağı arasında yerləşir.

"Bahar" qaz yatağı 1969-cu ildən işlənilir və Bakıdan 40 km cənub-şərqdə yerləşir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti