...

Özbəkistanın "Saneg" şirkəti qaz hasilatını artırıb

Energetika Materials 29 Avqust 2023 01:45 (UTC +04:00)
Özbəkistanın "Saneg" şirkəti qaz hasilatını artırıb
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistanda neft hasilatının artırılması üzrə dövlət proqramının icraçısı olan ölkənin ən iri neft-qaz şirkətlərindən biri sayılan “Saneg” 2021-ci ildən 2022-ci ilədək qaz hasilatını 3,5 dəfə artıra bilib (389 milyondan 1,4 milyard kubmetrədək).

Trend şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Saneg” 103 neft yatağından istifadə hüququna malikdir. 2019-cu ildə yataqların təhvil verilməsi zamanı neft hasilatının ümumi həcmi 378 min ton olub. 2022-ci ildə “Saneg” hasilatı 586 min tona çatdıra bilib.

Şirkətin 750 milyon dollardan çox məbləğdə əsas investisiyaları həm neft, həm də qaz sahələrinin inkişafına yönəlib.

Qeyd edək ki, Özbəkistanda qaz hasilatının təxminən beş faizi "Saneg”in payına düşür. 2026-cı ilə qədər hasilat proqramı çərçivəsində şirkət qaz hasilatını 3 milyard kubmetrə çatdırmaq niyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti