...

Azərbaycan bioenerjidən istifadə imkanlarını genişləndirir

Energetika Materials 4 Noyabr 2023 16:46 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Energetika Nazirliyi "Bioenerjidən istifadə imkanlarının genişləndirilməsi üzrə pilot layihələrin müəyyənləşdirilməsi üçün məsləhətçi şirkətin cəlb edilməsinə dair" keçirilən təkliflər sorğusuna dəvət edir.

Trend bu barədə şənbə günü xəbər verir.

Müqaviləni yerinə yetirmək üçün müsabiqə iştirakçıları lazımi texniki, maliyyə imkanlarına və təcrübəyə malik olmalıdırlar.

İddiaçıların təklifləri 23 noyabr 2023-cü il Bakı vaxtı ilə saat 17:00-dək qəbul ediləcək. Təkliflər 24 noyabr 2023-cü il tarixində Bakı vaxtı ilə saat 17:00-da açılacaq.

Əlaqələndirici şəxs: Leyla Adıgözəlbəyova
Əlaqə nömrəsi: +(99412) 598 16 53/54 (daxili 1034)
E-mail: [email protected]

Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatlarına görə, Azərbaycan zəngin günəş və külək ehtiyatlarına, həmçinin bioenergetika, geotermal və hidroenergetikanın inkişafı üzrə mühüm perspektivlərə malikdir.

"Bərpa olunan enerjidən istifadəyə və enerji səmərəliliyinə maraq yalnız son illərdə artmağa başlasa da, Azərbaycan hökuməti təsdiq edir ki, bərpa olunan enerji mənbələri elektrik enerjisi istehsalında enerji mənbələrinin diversifikasiyasına kömək edə və təbii qazı potensial baxımdan daha gəlirli ixraca və neft-kimya sahəsində istifadəsinə yönləndirə bilər. ", - deyə IEA-nın hesabatında deyilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

X: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti