Bakı. Trend:
2023-cü ilin oktyabrında Azərbaycanda neft hasilatı gündəlik 0,49 milyon barrel olub.
Trend bu barədə Beynəlxalq Enerji Agentliyinə istinadən (IEA) xəbər verir.
Agentliyin məlumatlarına görə, hesabat dövründə ölkədə neft hasilatı gündəlik 0,68 milyon barrel istehsal kvotasından 0,19 milyon barrel geri qalıb.
Eyni zamanda, hesabatda qeyd olunub ki, 2023-cü ilin oktyabr ayında Azərbaycanda neft hasilatı öncəki ayla müqayisədə dəyişməz olaraq qalıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyindən verilən məlumata görə, 2023-cü ilin ilk doqquz ayı ərzində ölkədə 22,7 milyon ton neft və kondensat hasil olunub. Bu, 2022-ci ilin analoji dövrü ilə müqayisədə istehsal olunan 24,5 milyon tonla müqayisədə 7,4 faiz azdır.
Bu dövrdə "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunda 13,5 milyon ton neft, "Şahdəniz" və "Abşeron" yataqlarında isə müvafiq olaraq 3,3 milyon ton və 140 min ton kondensat hasil olunub.
Hesabat dövründə Azərbaycan Dövlət Neft Şirkəti SOCAR tərəfindən 5,8 milyon ton neft və kondensat hasil olunub.
(Tərcümə: Rəna Əbdürəhmanova)