...

Azərbaycan qaz tədarükü sferasında Aİ-nin ən etibarlı tərəfdaşı olaraq qalmaqda davam edir - Kadri Simson

Energetika Materials 1 Mart 2024 19:02 (UTC +04:00)
Azərbaycan qaz tədarükü sferasında Aİ-nin ən etibarlı tərəfdaşı olaraq qalmaqda davam edir - Kadri Simson
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan qaz tədarükü sferasında Aİ-nin ən etibarlı tərəfdaşı olaraq qalmaqda davam edir.

Trend xəbər verir ki, bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası "Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası" çərçivəsində plenar sessiyada çıxışında deyib.

"Bizə enerji təhlükəsizliyinə nail olmaq və bu mühüm onillikdə enerji keçidimizdə uğur qazanmaq üçün etibarlı tərəfdaşlar arasında daha çox dialoq və əməkdaşlığa ehtiyacımız var. Azərbaycan qaz təchizatında Aİ üçün etibarlı tərəfdaş olmaqda davam edir. Buna görə də biz indi də əməkdaşlığı yaşıl elektrik enerjisinə qədər genişləndirməyi araşdırırıq. Biz artıq bu ilin sonunda COP29 üzrə Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyirik", - o deyib.

Qeyd edək ki, martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçirilib. İclasda 23 ölkədən nümayəndələr, 6 beynəlxalq təşkilat və 44 şirkət, eləcə də Azərbaycandan və Aİ ölkələrindən nazirlər, nazir müavinləri və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

X: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti