Bakı. Trend:
Azərbaycan qazının Serbiyaya tədarükü yaxın gələcəkdə artırıla bilər, tərəflər hazırda bu məsələ ilə bağlı müzakirələr aparırlar.
Trend xəbər verir ki, bu barədə komissiyanın azərbaycanlı həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda keçirilən Azərbaycan və Serbiya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında çıxışında deyib.
"Azərbaycan qazının Serbiyaya tədarükü bu il başlayıb və artıq bu ölkəyə 26 milyon kubmetrdən çox qaz verilib. Lakin hazırda tədarük həcminin artırılması ilə bağlı müzakirələr aparılır. Ümid edirəm ki, yaxın gələcəkdə bu imkanlar reallaşdırılacaq", - nazir deyib.
(Tərcümə: Rəna Əbdürəhmanova)