...

Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI

Energetika Materials 22 Fevral 2025 12:20 (UTC +04:00)
Azərbaycan neft qiymətlərinin həftəlik İCMALI
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu həftə ərzində “Azeri LT CIF”, “Azeri Light FOB Ceyhan” və “Dated Brent” markalı xam neftin orta qiymətində artım, “Urals” (EX NOVO) markalı xam neftin orta qiymətində isə azalma qeydə alınıb.

Trend xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə 0,1 ABŞ dolları və ya 0,13% artaraq, 77,69 dollar/barel təşkil edib.

Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 78,89 dollar/barel, minimum isə 76,80 dollar/barel olub.

Bu həftə Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 76,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 0,16 ABŞ dolları və ya 1% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 77,51 dollar/barel, minimum isə 75,38 dollar/barel olub.

URALS markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə 0,06 ABŞ dolları və ya 0,1% azalaraq 60,73 dollar/barel təşkil edib. Həftə ərzində URALS neftinin maksimal qiyməti 61,74 dollar/barel, minimum isə 59,74 dollar/barel olub.

“Dated Brent” markalı neftin orta qiyməti 0,1 dollar və ya 0,13% bahalaşaraq 75,9 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə, “Dated Brent” neftinin maksimal qiyməti 76,98 dollar/barel, minimum isə 75,02 dollar/barel təşkil edib.

Neftin növü / tarix

17.02.2025

18.02.2025

19.02.2025

20.02.2025

21.02.2025

Orta qiymət

Azeri LT CIF

$76,80

$77,48

$78,40

$78,89

$76,90

$77,69

Azeri Light FOB Ceyhan

$75,38

$76,08

$77,02

$77,51

$75,54

$76,31

Urals (EX NOVO)

$60,09

$60,75

$61,35

$61,74

$59,74

$60,73

Dated Brent

$75,25

$75,71

$76,54

$76,98

$75,02

$75,9

Məqalədə:
Xəbər lenti

Xəbər lenti