Bakı. Trend:
2026-cı ildə Azərbaycanda neftin orta-günlük hasilatı 0,54 milyon barrel təşkil edəcək.
Trend xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnormasiya İdarəsi (EIA) məlumat yayıb.
Agentlik ölkədə xam neft hasilatının həcmləri ilə bağlı öncəki proqnozlarını dəyişməz olaraq saxlayıb.
Proqnoza əsasən, 2026-cı ilin birinci rübündə hasilat gündəlik 0,55 milyon barrel olacaq, ikinci rübdə 0,54 milyon barrelinə enəcək, üçüncü və dördüncü rüblərdə isə günlük 0,53 milyon barrel səviyyəsində olacaq.
EIA 2025-ci il üzrə də əvvəlki qiymətləndirmələrini qoruyub saxlayıb və gündəlik orta hasilatın 0,57 milyon barrel olacağını gözləyir. Dördüncü rübdə isə həmin göstəricinin sutkada 0,56 milyon barrel səviyyəsində olacağı proqnozlaşdırılır.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 23,043 milyon ton xam neft ( o cümlədən , qaz kondensatı) hasil edilib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 milyon ton və ya 4,6 faiz azdır.
Hesabat dövründə 22,988 milyon ton xam nefti hasil olunub ki, bu da illik ifadədə 1,1 milyon ton və ya 4,6 faiz azdır.
